Samuxda kütləvi zəhərlənmə - YENİLƏNİB

17:37 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.

***

Samux rayonunun Alıuşağı kəndində zəhərlənmə baş verib.

Hafta.az xəbər verir ki, 10-dan artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.